Yəməndə hər 5 dəqiqədə bir yəmənli uşaq ölür

Yəməndə hər 5 dəqiqədə bir yəmənli uşaq ölür

Yəmən Səhiyyə Nazirliyi blokadaya görə hər 5 dəqiqədə bir yəmənli uşağın öldüyünü bildirib. 

 Yəmən Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib ki, ölkədə 1,5 milyon insan xroniki xəstəliklərdən əziyyət çəkir, bunlardan 32 mini müalicə üçün xaricə köçürülməlidir.   

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Nəcib Qəbati son altı ildə Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya və ABŞ-ın Yəmənə hücumlarının səbəb olduğu itkilərlə bağlı bir mətbuat konfransında deyib:

"Bu bir neçə ilin blokadası nəticəsində Yəmənə lazımi dərmanların göndərilməsinin mümkün olmayıb. 3000-dən çox yəmənli uşaq anadangəlmə ürək problemindən əziyyət çəkir. Onlar dərman və avadanlıq çatışmazlığı səbəbindən xaricə müalicəyə göndərilməlidir. Təcavüzkarların Yəməni mühasirəyə alması nəticəsində hər 5 dəqiqədə bir yəmənli uşaq ölür və hər il 8000-dən çox yəmənli qadın həyatını itirir və hazırda 2.6 milyondan çox uşaq qidalanmadan əziyyət çəkir".  / Eastnews / 

 

Google+ WhatsApp ok.ru