Yəməndə iki milyondan artıq uşaq təhsildən məhrumdur.

Yəməndə iki milyondan artıq uşaq təhsildən məhrumdur.

 Yəməndə iki milyondan artıq uşaq təhsildən məhrumdur. 
 
Maide.Az xəbər verir ki, bu barədə BMT Uşaq Fondunun (YUNİSEF) yaydığı hesabatda deyilir.
 
YUNİSEF Yəməndəki uşaqların  pis təhsil haqqında xəbərdarlıq edib. “2 milyondan artıq yəmənli uşaq təhsildən məhrumdur və Yəməndə böhran davam edərsə daha 4 milyon yəmənli uşağın təhsildən məhrum olacağı qaçılmazdır.”. 
 
Hesabatda həmçinin bildirilir ki,  Yəməndə  yüz minlərlə uşaq və yeniyetmə  müxtəlif işlərdə çalışır.  Onlar ailələrində dolanışıq vəziyyətinin pis olması səbəbindən təhsili tərk edərək çalışmağa üz gətirib.  
 
YUNİSEF qeyd edir ki, Yəməndə təhsildə çoxlu problemlər var.  “Müəllimləri  üçdə ikisi yəni 170 min nəfər  dör ildir ki, davamlı maaş almır.   Yəməndə pulun dəyərinin düşməsi ilə  müəallimlərin məvacibinin dəyəri heç 100 dollar etmir. 
 
Bildirilir ki, Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü nəticəsində ən azı 2500 məktəb öz fəaliyyətini  dayandırıb və Yəməndə  məktəb binalarının 66 faizi  ziyan görüb.   Yəmənli şagirdlər açıq havada dərs keçməyə məcburdur. 
 
Yəmənli şagirdlərin digər problemi dərs vəsaiti və kitablarının təmini məsələsidir. 
 
 

Google+ WhatsApp ok.ru