Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır. ("Bəqərə" surəsi 27)

İmam Sadiq (ə) buyurur:
“Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”



YAŞLI TƏLƏBƏ

Tarix : 21-07-2018 09:31

Səkkaki misdən bəzək əşyaları düzəldən bir sənətkar idi. O, tam məharət və diqqətlə padşaha təqdim etməyə layiq bir açar düzəltdi. Öz sənəti müqabilində ona təşəkkür edilməsini gözləyirdi. Elə bu ümidlə onu padşaha təqdim etdi. Əvvəlcə, gözlədiyi kimi gördüyü iş şahın diqqətini cəlb etsə də, həmin an qarşıya çıxan bir hadisə Səkkakinin həyat yolunu tamamilə dəyişdi.

Şah sənət əsərinə tamaşa edərkən, Səkkaki də öz xəyallarına dalmışkən, bir alimin məclisə daxil olması haqda məlumat verdilər. Alim içəri daxil olduqda, şah onu ehtiramla qarşıladı və onunla elə söhbətə məşğul oldu ki, Səkkaki və onun sənəti unuduldu. Bu mənzərəni müşahidə etmək Səkkakinin ruhunda dərin bir dəyişiklik yaratdı. Gördüyü bu işin müqabilində qədərincə tərif və təqdir olunmayacağını bildikdə, bütün ümid və arzuları puç oldu. Düşündü ki, sənətini dəyişsin, ayrı bir sənətlə məşğul olsun; düşündü ki, kitabla, elmlə məşğul olsun, itirmiş arzu və ümidlərini həmin yolda əldə etsin. Lakin gənclik dövrünü arxada qoymuş bir kişi üçün yeniyetmə uşaqlarla birgə dərs oxumaq və ibtidai təhsilə başlamaq o qədər də asan iş deyildi. Çarə yoxdur, balığı nə vaxt sudan tutsan, yenə təzədir. Ən pis isə bu idi ki, dərs oxumağa başladıqda, özündə heç bir zövq, maraq və istedad görmədi. Bəlkə də, onun uzun illər başqa bir sənətlə məşğul olması elmi və ədəbi zövqünü məhv etmişdi. Lakin nə yaşının keçməsi, nə də istedadının sönməsi, onu qəbul etdiyi qərardan döndərə bilmədi. Tam ciddiyyətlə dərsə başladı. Ustad ona Şafeinin hökmlərini (fiqhini) öyrətməyi qərara aldı və ona bu məsələni təlim keçdi: “Ustadın nəzəri budur ki, itin dərisi aşılanmaqla paklanır.”

Səkkaki bu cümləni dəfələrlə təkrar edirdi ki, sabah ustadın hüzurunda bu cümlənin öhdəsindən yaxşı gəlsin. Ancaq ertəsi gün ustadın hüzurunda ikən, həmin cümləni bu cür bəyan etdi: “İtin nəzəri budur ki, ustadın dərsi aşılanmaqla paklanır.”

Sinifdəkilər gülüşməyə başladılar. Hamıya məlum oldu ki, bu yaşlı kişinin dərs oxuması bir nəticə verməz. Səkkaki daha məktəbdə və şəhərdə qala bilmədi. Vətənə dönmək qərarına gəldi. Geniş dünya ona dar olmuşdu. Vətənə qayıdarkən, təsadüfən, bir dağın ətəyinə çatdıqda gördü ki, hündür bir yerdən su damcı-damcı bir daşın üzərinə tökülür və davamlı şəkildə tökülən damcılar daşı dəlmişdir. Bir anlıq fikrə daldı və zehnindən yeni bir fikir keçdi. Öz-özünə dedi: “Mənim qəlbim nə qədər bərk və istedadsız olsa da, bu daşdan bərk deyil. Səy və çalışmaq səmərəsiz qala bilməz.” Yenidən təhsilini davam etdirmək üçün məktəbə qayıtdı, sonda ərəb ədibləri və alimlərdən birinə çevrildi. Onun təlif etdiyi “Miftahul-ulum” kitabı dəyərli elmi-ədəbi əsərlərdəndir. (“Rovzatul-cənnat”, səh.747; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.325. Maide.Az )

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:37