Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

Yağış Badamdar sürüşmə zonasında torpaq qatının ağırlaşmasına səbəb olub

 Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, yol istiqamətinə tökülmüş torpaq qatında artım müşahidə edilib: "Yağan yağış asılı qalmış torpaq qatında kütlənin ağırlaşmasına səbəb olub. Ara-sıra uçqunlar baş verir".
 
Qeyd edək ki, Badamdarda 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə ETSN tərəfindən Qərargah yaradılıb.
 
 

Google+ WhatsApp ok.ru