Yahoo milyonlarla emailinizi araşdırıb ABŞ hökumətinə verib

Yahoo milyonlarla emailinizi araşdırıb ABŞ hökumətinə verib

Maide.Az-n məlumatına görə, "Reuters" xəbər agentliyi bildirib ki, internet şirkəti Yahoonun, ABŞ xüsusi xidmət orqanlarının xüsusi tələbi üzərinə xüsusi bir proqramla, istifadəçilərinə gələn milyonlarla məktubu gizlincə araşdırıb və ABŞ hakimiyyətinə təqdim edib. Yahoonun məktublarımızı araşdırmaq üçün ötən il xüsusi bir proqram əldə etdiyi qeyd olunub.
 
Reuters, üçü keçmiş Yahoo əməkdaşı olan dörd mənbəyə istinadən yaydığı xəbərində, elektron poçtların araşdırlmasını ABŞ Milli Təhlükəsizlik Agentliyi (NJA) və ya Federal İstintaq Bürosu (FBI) tələb edib.
 
Şirkətsdən verilən açıqlamada bildirilib ki, Yahoo qanunlara tabe olan bir şirkətdir, buna ABŞ qanunları da daxildir. İstehsal olunan xüsusi proqramın bütün istifadəçilərə gələn elektron məktublardakı müəyyən cümlə və əlavələri araşdırıb. Ancaq dövlətə hansı məlumatların ötürüldüyü məlum deyil.
 
Başqa texnologiya şirkətlərdən də belə bir tələbin ola biləcəyi qeyd olunub.
 

Google+ WhatsApp ok.ru