`Yahoo` yeni messenceri istifadəyə buraxıb

`Yahoo` yeni messenceri istifadəyə buraxıb

"Yahoo" internet şirkəti məlumat mübadiləsi üçün yeni proqram əlavəsinin buraxıldığını elan edib.
 
Maide.Az "Report"a istinadla  xarici mətbuata istinadən xəbər verir ki, servisin yeni messencerinin adı "Yahoo Together"dir. Bu xidmətin istifadəçiləri tematik qruplar ("ailə", "dostlar", "kitab klubu" -red) yarada, ora qohumlarını və ya tanışlarını üzv edə bilərlər.
 
Çatlar seçilmiş quraşdırmalardan asılı olaraq müxtəlif mövzulardan ibarət olacaq, istifadəçi yalnız onu maraqlandıran məlumatları alacaq. Çatda eyni zamanda digər mövzularda da söhbətlər olaraq.
 
Proqramda video və fotolar ayrıca yerdə saxlanılacaq və onların göndərilməsi üçün xüsusi funksiya olacaq.
 
Yeni messencerin daha bir yeni funksiyası da var: ümumi təqvimin təyin olunduğu vaxtda qrup iştirakçıları yaxınlaşmaqda olan hadisələr barədə bildirişlər alacaqlar.

Google+ WhatsApp ok.ru