İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bir-birlərinə) «Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər. (Bəqərə, 76)

İmam Sadiq (ə) buyurur:
“Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”



Yalanın gətirdiyi 6 ictimai ziyan

-- Rüsvayçılıq, zillət...

Tarix : 03-07-2018 10:25

Yalanın ziyanları müxtəlif olur, o cümlədən yalan, ictimai ziyanlar vura bilir. Yalanın vurduğu ictimai ziyanlarla tanış olaq:
 
1. Rüsvayçılıq. Yalanın vurduğu ən böyük ziyan – rüsvayçılıqdır və yalançı insan, cəmiyyətdə etdiyi bu əməlinə görə bir neçə və ya çox sayda insanın gözündən düşər və rüsvay olar. Yalançı insan hər nə qədər məharətli olsa və yalanını gizlətsə də, gec və ya tez bu yalan aşkar olacaq və sahibini xar edəcəkdir.
 
2. Etimadın aradan getməsi. Yalançı insan başqalarının ona qarşı olan etimadını itirər və heç kəs ona etimad etməz, inanmaz. Halbuki, insan başqalarının etimadı sayəsində daha tez müvəffəqiyyət qazana bilər. Yolunun üstündə olan maneələri məhz başqalarının etimadı ilə aradan qaldırmaq olar. İmam Əli (ə) buyurur: “O kəs ki, özünü müsəlman bilər, yaxşı olar ki, yalanla işi olmasın. Çünki yalan işi o yerə gətirib çıxardır ki, düz sözünə heç kəs inanmaz”.
 
3. İnsanların bədbinliyi. Yalançı cəmiyyətdə həmişə insanların sui-zənninə məruz qalar. Hətta bəzən daha da irəli gedər və insanların nifrətinə səbəb olar. Çünki yalançı insan fitrətinə zidd əməl yerinə yetirər və nəticədə də insanların nifrətini qazanar. İnsanlar fitri olaraq yaxşılıqlara və doğruluqlara meyil edəndir. Ona görə də yalançı insanı özlərinə düşmən görürlər.
 
4. Zillət. Yalançı zəlildir və özünü xar edər. Yalanı onu həm dünyada və həm də axirətdə əzaba məruz edər.
 
5. İstehza. İnsanlar yalançını həmişə ələ salar və istehza edərlər. İstər cəm içində olsun, istərsə də tək olan zaman.
 
6. Üzü qaralıq. Həzrət Peyğəmbər (s) buyurur: “Yalandan çəkinin ki, insanın üzünü qara edər”. Üzü qara olmaq dedikdə, həm Allahın, həm də xəlqin yanında mənfur olmaq, rüsvay, zəlil olmaq nəzərdə tutulur. Yalançını hamı üzüqara tanıyar və ona görə də onun düz sözünə heç kəs inanmaz.
 
Yalançının əlinin duzu olmaz və xidmətlərinin əvəzini görməz. İnsanlar ona etimad etmədiyinə görə sevgi və məhəbbətdən məhrum qalar. (tebyan/deyerler)


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:37