Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar 07 Mart 2020 09:28 Sağlamlıq Nyu-York Universitetinin (New York University) alimləri insanın yaşlanmasını yavaşlatmağın yollarını araşdırıblar. Maide.Az "Sputnik"ə isitnadla xəbər verir ki, tədqiqatın nəticələri "MedicalXpress" portalında dərc olunub. Mütəxəssislər müəyyən ediblər ki, beyin yaşlanmasının ilk əlamətləri 47 yaşda peyda olur, 60 yaşa qədər isə koqnitiv qabiliyyətlərin deqradasiya sürəti pik həddinə çatır. Yaşlanma beynin bədənə daxil olan qlükozanı effektiv şəkildə emal etməyi dayandırması səbəbindən baş verir, buna görə də neyronlarda aclıq başlayır və beyin bölmələrinin qarşılıqlı əlaqəsini təmin edən şəbəkələrdə destabilizasiya baş verir. Lakin bu prosesin qarşısını almaq və onu hətta əks istiqamətə çevirmək olar. Bunun üçün sadə karbohidratların qəbulunu minimuma endirən qida rasionuna keçmək lazımdır. Alimlər qlükozanı ketonlarla əvəz etməyi təklif ediblər. Tədqiqatçıların təcrübəsinə görə, belə bir pəhriz beyin bölmələrinin qarşılıqlı təsirini yaxşılaşdırır və ümumi koqnitiv fəaliyyəti artırır. Teqlər : #Yaşlanmanı,#necə,#gecikdirmək,#olar?,#Alimlər,#yolunu,#tapıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Stressi aradan qaldıran və yuxunu yaxşılaşdıran qidalar - Araşdırma Telefon və kompüterlərin beyin üçün təhlükəsi açıqlanıb
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir