Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

Yaşıl çayın gözlənilməz faydası aşkar edilib

Yaşıl çayda təbii bir antioksidan olan Epigallocatechin (EGCG) antibiotikə davamlı infeksiyalarla mübarizədə kömək edə bilər.
 
Surrey Universitetinin bir qrup alimi bu nəticəyə gəlib. Onların məqaləsi Medical Microbiologiya jurnalında dərc olunub.
 
Tədqiqatçılar müəyyən ediblər ki, EGCG "Pseudomonas aeruginos" bakteriyasının yaratdığı infeksiyalar üçün istifadə olunan aztreonamın antibiotikinin təsirini artırır.
 
Aztreonam və EGCG birləşməsi bu maddələrin ayrılıqda hər birindən daha təsirli olub. Alimlər antioksidanın antibiotikin hüceyrə tərəfindən udulmasını artırdığını düşünürlər.
 
Pseudomonas aeruginosa, ilk növbədə immuniteti zəif olan insanlara təsir göstərir, qanaxma və tənəffüs yolu infeksiyasına səbəb olur, eyni zamanda əksər dərmanlara davamlı olan təkrar infeksiyalara səbəb olur. 
 
Ümumdünya Səhiyyə Təşkilatı bu bakteriyanı sağlamlığa kritik təhlükələri siyahısına daxil edib. /FaktXeber 
 

Google+ WhatsApp ok.ru