`Yalnız güclü imanla çətinlik və təzyiqlərə qarşı mübarizə aparmaq olar`

`Yalnız güclü imanla çətinlik və təzyiqlərə qarşı mübarizə aparmaq olar`

Mindən çox tələbənin, o cümlədən müxtəlif tələbə təşkilatlarının ötən gün günortadan sonra Ali Rəhbər Ayətullah Xamenei ilə açıq və səmimi görüşü oldu.

Maide.Az xəbər verir ki, tələbələr 5 saat gənc nəsli narahat edən tələbə, mədəni, ictimai, siyasi və iqtisadi problemlərdən danışan inqilab rəhbərinin tələbə, universitet, tələbələrin milli müqavimət prosesindəki mühüm vəzifələri, günün müxtəlif məsələləri ilə bağlı görüşlərini onun öz dilindən eşitdilər.

Ali Rəhbər çıxışının əvvəlində tələbələrlə olan ramazan görüşlərinin həqiqətən, şirin və arzuolunan olduğunu dedi: “Bu görüşdə qeyd edilən ayı-ayrı məsələlər və fərqli görüşlər gözəl və zövqvericidir. Bu, tələbələrin fikir və tələb səviyyəsinin inkişaf etdiyini, zaman keçdikcə tələbələr arasında inqilabçı motivasiyaların, aydın fikir və möhkəm dəlillərin günbəgün və nəzərə çarpacaq dərəcədə yayıldığını göstərir”.

O, tələbələrə Quran və dualarla daha çox ünsiyyətdə olmağı tövsiyə etdi: “Mənim tələbələrdən əsl istəyim budur ki, imanlarını gücləndirsinlər. Çünki yalnız güclü imanla çətinlik və təzyiqlərə qarşı mübarizə aparmaq olar”.

Ayətullah Xamenei ölkənin indiki xüsusi və həssas vəziyyətinin Peyğəmbər (ə) zamanındakı “Əhzab” müharibəsinə çox bənzədiyini dedi: “Bu gün də dünyanın bütün dünyapərəstləri və diktatorları İran İslam Respublikası qarşısında sıraya düzülmüş, hər tərəfdən ona hücum edirlər”.

Ayətullah Xamenei əlavə etdi: “Belə bir şəraitdə imanı zəif olanlar, bəlkə fə daxilən düşmənə meyilli olanlar məyusluq, ümidsizlik və natamamlıq komplekslərini büruzə verirlər. Ancaq möhkəm imana malik olanlar, şərait nə qədər çətinləşsə də, güclü əzm və iradə ilə müqavimət göstərirlər”.

Ali Rəhbər vurğuladı: “İmperializm cəbhəsinə qarşı müqavimət göstərmək və İslam Respunlikası sisteminin layiq olduğu izzət və şərəfə nail olmaq istəyiriksə, fərdi və ümumi davranışlarımızda təqvanı qorumaq və gücləndirməyə ehtiyacımız var”.

Ayətullah Xamenei imanlı xalqların sonrakı nəsillərinin tənəzzülə uğramasından bəhs edən bəzi Quran ayələrinə istinad edərək dedi: “Namazı dəyərdən salmaq və ehtiraslara uymaq müqavimət və mübarizəni tənəzzülə uğradan və zəiflədən amillərdir”.

O əlavə etdi: “Mənim tez-tez səlahiyyətli şəxslərdən qarışıq tələbə düşərgələri təşkil edilməsinin qarşısının alınmasını istəməyim bununla bağlıdır. Çünki dini hədd və sərhədlərə riayət edilməməsi daxili iman gücünün zəifləməsinə səbəb olur”.

Ayətullah Xamenei imanın müqavimətdəki roluna açıqlama gətirdikdən sonra İran xalqının imperializm cəbhəsi ilə taleyüklü qaçılmaz mübarizəsindən danışdı: “Bu mübarizə İran xalqı müstəqil və mütərəqqi olmaq qərarına gəldikdən sonra başladı. Çünki bu məsələ dünyaya ağalıq edən dövlətlərin mənafelərinə ziddir.”

Ayətullah Xamenei İslam Respublikasının super güclərlə uzlaşmamaq üçün bəhanə axtardığını deyən bəzi fərdlərin bu sözlərinin dayaz və düşünülmədən deyilmiş sözlər olduğunu dedi: “Bu mübarizənin bəhanəyə ehtiyacı yoxdur. Çünki İran xalqı nə qədər ki, qeyrət hissinə, inqilabi və İslami keçmişə əsaslanır, bu mübarizə olacaq. Ona yalnız iki vasitə ilə son qoymaq olar: Ya İslam Respublikası o qədər güclənməlidir ki, qarşı tərəfin etiraz edəcək cürəti olmasın, ya da İslam Respublikası əsl mahiyyətini itirməli və yerində cansız bir moket qalmalıdır”.

O, bu mübarizəyə son qoymaq üçün İran xalqının birinci yolu seçdiyini, yəni tam qüdrət əldə etmək istəyində olduğunu dedi: “Bəlkə də bu gün ABŞ siyasətləri İslam sisteminin məsul şəxslərinin parçalanmasını, onların yaxşı və pis şəxslər olmaqla iki qrupa bölünməsini tələb edir. Əgər amerikalılar bunu bacarsalar, həmin məsul şəxslər yaxşı mənada da onların nəzərində pis olacaqlar.”

Ayətullah Xamenei bildirdi ki, düşmənin İran xalqı ilə mübarizəsinin əsl hədəfi İslam sistemi prinsipi və mahiyyətidir: “İslam sistemi deyilərkən sistemin ümumi strukturu və dəyərləri, ədalət, elmi inkişaf, əxlaq, demokratiya, qanunlara dəqiq riayət edilməsi, idealizm kimi məqsədləridir”.

O, bu mübarizədə böyük problemlərin olduğunu qeyd edərək onları müqavimət və dərin düşüncə ilə adlamağın mümkün olduğunu dedi: “Bu mübarizədə, habelə problemlərin həlli yolunda tələbələr xalqın potensial və imkanlarının əsas cövhəri kimi xüsusi rol oynayırlar”.

Ali Rəhbər tələbələrin tələbkarlığının çox mühüm əhəmiyyət daşıdığını dedi: “Ölkənin makro problemlərini həll etmək yüksək rütbəli məmurların vəzifəsidir. Ancaq tələbələrin tələbkarlığı doğru və dəqiq məlumatlar və araşdırmalarla müşayiət olunsa, şübhəsiz, məmurların problemlərin həlli istiqamətində daha çox səy göstərməsinə zəmin yaradar”.

Ayətullah Xamenei bu görüşdə tələbələrin toxunduğu bəzi məsələlərə, o cümlədən yeni neft müqavilələri məsələsinə işarə edərək dedi: “Nə qədər ki, bu müqavilələrdə ölkənin maraqlarına cavab verən lazımı islahatlar aparılmayıb, sözügedən müqavilələr əsla, imzalanmayacaq”.

O, tələbələrin dövlət qurumlarının cari qərarları ilə bağlı bəzi tənqdilərinə işarə edərək dedi: “Qanun və məntiqə əsasən rəhbər qurumların cüzi və icra qərarlarına müdaxilə edə bilməz. Əgər icra məsələləri üzrə səlahiyyəti olan məmurlar səhvə yol versələr, parlament izah tələb etmək kimi nəzarət vasitələrindən istifadə etməli və ya prezident həmin səhv qərarın icrasına mane olmalıdır”.

Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, rəhbər hətta cüzi də olsa, bəzi fəaliyyətlərin sistemin əsas yoldan sapmasına səbəb olduğunu hiss etsə, müdaxilə etməli və həmin işin qarşısını almalıdır. Bu sahədə bəzi məsələlər, o cümlədən iqtisadiyyatın gücləndirilməsi və müdafiə gücünün artırılması ölkənin makro məsələlərindəndir. Onların həyata keçirilməsi və həyata keçməsinə mane olan problemlərin aradan qaldırılması dövlət məmurlarının vəzifəsidir. Bəzi problemlər ölkənin daxili məsələləri ilə bağlıdır. Tələbə təşkilatları onların həlli yollarını təqdim etməklə dövlət rəsmilərinin yardımına tələsməlidirlər.”

Ümidsizlik və yorğunluqdan tamamilə uzaq durmağın problemlərin həlli yollarından olduğunu deyən Ayətullah Xamenei tələbə təşkilatlarına belə xitab etdi: “Əgər müqavimət göstərsəniz və xalqın intellektini səfərbər edərək tələb və istəkləri ümumi diskursa çevirsəniz, rəsmilər sizin tələblərinizi yerinə yetirməyə məcbur olacaqlar.Dəfələrlə demişəm, rəhbərin sözlərinin əksinə söz demək nə cinayətdir, nə də onunla konfliktə səbəb olar. İndiki tələbələr inqilabın ilk illərinin tələbələri ilə müqayisədə kəmiyyət və keyfiyyət baxımından daha yüksəkdirlər, eyni zamanda daha dərin islami və inqilabı fikirlərə malikdirlər. İnqilabın ilk illərinin inqilabçı və motivasiyalı tələbələrinin çoxu hal hazırda ölkənin alim və tədqiqatçıları sırasında yer alır. Buna görə də inqilabçı olmalqa dərs oxumaq arasında heç bir ziddiyyət yoxdur.”

O, tələbələrə iman və mənəviyyatlarını gücləndirməklə yanaşı yaxşı dərs oxumağı tövsiyə etdi: “Tələbə habelə ayıq və gözüaçıq olmalı, tələbə mühitinə, ölkə, region və dünyada baş verən hadisələrə açıq gözlə baxmalıdır. Əgər tələbə ayıq-sayıq olmasa, dost və düşməni təyin etməkdə, regional və beynəlxaql məsələlərin analizində səhvə yol verə bilər. Düşmənlər külli miqdarda xərclər çəkərək İslam sisteminə qarşı mürəkkəb və irimiqyaslı bir media hərəkatı yaradıblar. Bu media hərəkatının əsas məqsədi İslam Respublikasının güclü tərəflərini ört-basdər etmək, xalqda və gənclərdə məyusluq və ümidsizlik yaratmaq üçün bəzi mənfi cəhətləri qabartmaqdır”.

Ali Rəhbər xalqın Qüds günü nümayişindəki izdihamlı iştirakının əcnəbi medialarında qabardılmaması və əks etdirilməməsini düşmənin media fəaliyyətlərinin bir nümunəsi olduğunu dedi: “Qüds günü münasibətilə cümə günü isti havada oruc ağıza yürüş etmək həqiqətən, bir hadisədir. Ancaq bu misilsiz hadisə əcnəbi medialarında lazımı səviyyədə işıqlandırılmır. Halbuki, mənfi bir nöqtə olsa, onu yüz dəfə şişirdirlər”.

Google+ WhatsApp ok.ru