Yağışı mayalandıran küləklər

Yağış buludlarının yaranmasında küləklər nə kimi rol oynayır?

Quranın bir ayəsində küləklərin peyvənd etmə xüsusiyyətinə və bunun nəticəsində yağışın yarandığına belə diqqət çəkilir: "Və küləkləri (buludlar, ağaclar və otlar üçün) mayalandırıcı olaraq göndərdik. Göydən (yağış, qar və dolu şəklində) su nazil etdik və sizi onunla sirab etdik. Siz onu (nə göyün buludunda və nə də yerin dərinliklərində) yığıb saxlayan deyilsiniz və buna qüdrətiniz də yoxdur." (Hicr Surəsi, 22)
 
Ayədə yağışın yaranmasındakı ilk mərhələnin küləklər olduğu göstərilir. Halbuki XX əsrin əvvəllərinə qədər küləklə yağışın yağması arasındakı tək əlaqənin küləyin buludları aparması olaraq bilinirdi. Müasir meteoroloji kəşflər isə küləklərin yağışın yaranmasında mayalandırıcı rol oynadıqlarını göstərdi.
 
Küləklərin bu xüsusiyyəti belə reallaşar: okeanların və dənizlərin səthində köpüklənmə üzündən hər an saysız hava qabarcığı yaranır. Bu qabarcıqlar partladıqları vaxt millimetrin 1/100-i diametrindəki minlərlə parçası havaya qalxır. "Aerozol" adı verilən bu parçalar küləklər sayəsində qurudan gələn tozlarla qarışaraq atmosferin üst qatlarına çıxır. Küləklərin bu şəkildə yüksəklərə qaldırdığı parçacıqlar burada su buxarı ilə təmasa girir. Su buxarı da bu parçacıqların ətrafına toplanaraq sıxlaşır və su damlasına çevrilir. Bu su damlaları əvvəl bir yerə toplaşaraq buludları yaradır, bir müddət sonra da yağış şəklində yerə enir.
 
Göründüyü kimi küləklər havada sərbəst halda olan su buxarını dənizlərdən daşıdıqları parçacıqlarla mayalandırır və beləcə, yağış buludlarının yaranmasını təmin edir.
 
Əgər küləklərin bu xüsusiyyəti olmasa, yüksək atmosferdəki su damlacıqları heç zaman yaranmaz və yağış adlı bir şey də yağmaz.
 
Yuxarıdakı şəkildə bir dalğanın yaranma mərhələləri görünür. Dalğalar suyun üzərində əsən küləklər sayəsində meydana gəlir. Küləklərlə birlikdə su zərrəcikləri dairəvi olaraq hərəkət etməyə başlayır. Bu hərəkət qısa bir müddət sonra ardıcıl şəkildə əlavə olunan dalğaları yaradır və dalğalarla birlikdə yaranan hava qabarcıqları havaya yayılır. Məhz bu proses yağışın yaranmasındakı ilk mərhələdir. Bu yaranış ayədə də mayalandırıcı olaraq küləklərin göndərilməsi və bunun sayəsində də göydən su endirildiyi şəklində xəbər verilməkdədir.
 
Burada əhəmiyyətli olan nöqtə isə küləklərin yağış yaranmasındakı bu kritik vəzifəsinin əsrlər əvvəl Quranda qeyd olmasıdır. Həm də insanların təbiət hadisələri haqqında az qala heç bir şey bilmədikləri bir dövrdə...
 
Ayədə küləklərin peyvənd edici istiqaməti ilə əlaqədar xəbər verilən digər bir məlumat da, küləklərin bitkilərin mayalanmasındakı roludur. Yer üzündəki bir çox bitki növünün davamını tozcuqlarını külək vasitəsi ilə paylayaraq təmin edər. Bir çox açıq toxumlu bitki, şam ağacları, palma və buna bənzər ağaclar, həmçinin çiçək verən bütün toxumlu bitkilərlə otların hamısı küləklərlə mayalanır. Külək çiçək tozlarını bitkilərdən götürüb eyni növdən olan digər bitkilərə daşıyaraq mayalandırmanı həyata keçirir.
 
Küləyin bitkiləri necə mayalandıra biləcəyi yaxın zamanlara qədər bilinmirdi. Ancaq bitkilərin də erkək və dişi olmaqla cinsiyyət fərqliliyinin kəşfindən sonra, küləklərin belə bir peyvənd edici təsiri aşkarlandı. Bu həqiqətə Quranda, "(Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik" ("Loğman" surəsi, ayə 10) ayəsi ilə diqqət çəkilməkdədir.

Google+ WhatsApp ok.ru