Yanacaqdoldurma məntəqəsində partlayış, Ərbəin ziyarətindən qayıdan 70-dən çox zəvvar şəhid oldu -YENİLƏNİB

Yanacaqdoldurma məntəqəsində partlayış, Ərbəin ziyarətindən qayıdan 70-dən çox zəvvar şəhid oldu -YENİLƏNİB

(ilk 4 abzas əlavə olunub) 
 
21:01
 
İndiyədək İraqda baş vermiş partlayışda 71 nəfər şəhid olub ki, onlardan 24 nəfəri iranlıdır.
 
Maide.Az  Tasnim xəbər agentliyinə istinadən bildirir ki, bunu Iranın Təcili Tibi Yardım Stansiyasının sədri və Ərbəin Qərargahının Səhiyyə və Müalicə Komitəsinin sədri  Pirhüseyn Kulivənd deyib. 
 
P.Kulivənd  deyib ki,  şəhid olmuş zəvvarlar arasında İranda yaşayan bir neçə Əfqanıstan vətəndaşıda var.  
Onun sözlərinə görə, yaralananlar dan  30 nəfəri iranlı zəvvarlardır. 
 
İranın Fars agentliyi şəhid olan zəvvarların sayının 80 nəfər çatdığını bildirir.  Şəhid olanlar arasında İran, İraq, Əfqanıstan, Pakistan və  Bəhreyndən olan zəvvarlardır.  Hadisə zamanı  yanacaqdoldurma məntəqəsində 7 avtobus olub. 
 
****
İraqın Babil əyalətində yanacaqdoldurma məntəqsindən baş verən terror hücumu nəticəsində baş vermiş partlayışda 70 nəfər Ərbəin ziyarətindən qayıdan zəvvar şəhid olub. 
 
Maide.Az xəbər verir ki, bu gün,  günün ikinci yarısı Kərbəladan Ərbəin ziyarətindən geri qayıdan zəvvarlara qarşı terror hüucumu baş tutub.Belə ki, İraqın Babil əyalətinin Hillə şəhər yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
 
Baş vermiş terror hücumunda 70 nəfərdən çox zəvvar şəhid olub. Şəhidlərin çoxunun iraqlı və iranlı olduğu deyilir. Şəhid olmuş zəvvarlar arasında digər ölkələrdən o cümlədən Bəhreyndən də zəvvarların olduğu bildirilir.
 
İraqın polis məmurlarının verdiyi məlumata görə terror hücumu zamanı ən azı yeddi sərnişin  avtobusu yanacaqdoldurma məntəqəsində yanacaq doldurmaq üçün növbədə olub.
 
İraq dövləti polis və təciliyardım maşınlarını hadisə yerinə ezam edib.
 
İranın İraqdakı baş konsulu hadisə zamanı iranlıların da şəhid olduğunu təsdiq edib.
 
Hadisənin məsuliyyətini təkfirçi, terrorist və vəhabi qruplaşması İŞİD öz üzərinə götürüb.(iqna)
 
 

Google+ WhatsApp ok.ru