Yanacaq tankeri ilə sərnişin avtobusu toqquşdu: 36 nəfər həyatını itirdi

Yanacaq tankeri ilə sərnişin avtobusu toqquşdu: 36 nəfər həyatını itirdi

Əfqanıstanın  cənubunda  yanacaq tankeri ilə  sərnişin avtobusu toqquşması nəticəsində  36 nəfər həlak olub, 20 nəfər yaralanıb. 
 
Maide.Az xəbər verir ki, rəsmilərin  bildirdiyinə görə, hadisə bu gün səhər  Əfqanıstanın cənubunda  Zabul əyalətinin Shamlazo bölgəsində  baş verib.  
 
Zabul əyalətinin valisi  Bismillah Əfğanmal  deyib ki,  sərnişin avtobusu  Qəndəhardan Kabilə gedirmiş ki, yolda yanacaq tankeri ilə toqquşub.  “Hadisə zamanı 36 nəfər ölüb, 20 nəfərdən çox insan isə yaralanıb. Ölənlərin çoxu qadınlar və uşaqlardır.  Cənazələr yandığı üçün onların kimliyini aydınlaşdırmaqda çətinlik çəkirik”.
 
Hadisənin baş vermə səbəbi ilə bağlı  araşdırma aparılır. 
 
Qeyd edək ki,  bir neçə həftə öncə də  yanacaq tankeri ilə sərnişin avtobusu Əfqanıstnaın şərqində Qəzni əyalətində  toqquşmuşdu və bu hadisə zamanı 73 nəfər həyatını itirmişdi.   Qəzalara səbəb Əfqanıstanda maqistral yolların  sıradan çıxması və sürücülrəin  yol hərəkəti qaydalarına diqqət etməməsi səbəbindən baş verdiyi bildirilir. 
 

 

Google+ WhatsApp ok.ru