Yanan Binadan etirazlar səngimir - Video

2015-ci ilin 11 iyununda etirazlarını bildirən vətəndaşlar 3 ay sonra yenə eyni şikayət əsasında toplaşıblar. Onlar 19 mayda baş verən faciədən zərərçəkən insanlardır. Bəzisinin obyekti ziyan görüb, bəzilərinin isə maşını yanıb.
 
19 May tarixində "Azadlıq" metrosu yaxınlığında 19 mərtəbəli binanın yanması nəticəsində 14 nəfər dünyasını dəyişmiş, 50 nəfər yaralanmışdı. Bir neçə gün içində sakinlər başqa yerlərə köçürüldü. Hadisənin səbəbi binaya vurulan penoplast üslüklər olub. Baş verənlərdən sonra Mənzil İstismar Sahəsinin müdürünün həbsi ictimaiyyət arasında birmənalı qarşılanmayıb, etirazlara səbəb olub. Gerçək günahkarın həbs olunması tələb edilir. Faciədən sonra matəm elan olunmaması da ölkə gündəmini məşğul edən başqa bir mövzu idi.

Google+ WhatsApp ok.ru