Yanan binadan sakinlər qalan əşyalarını daşıyır-FOTO

Binəqədi rayonunda yanan binanın sakinləri mənzillərdən əşyalarını götürməyə davam edir.
Maide.az xəbər verir ki, hazırda polis ərazidə təhlükəsizlik tədbirlərini davam etdirir və kənar şəxsləri binanın yanına buraxmır.
Hazırda yalnız bina sakinlərinə əşyalarını götürmək üçün içəri keçməyə icazə verilir.
Binanın bir hissəsi daha çox yandığı üçün həmin tərəfdə olan mənzillərə daha çox ziyan dəyib, əşyalar yararsız hala düşüb. Digər hissədə olan mənzillərdəki əşyalar isə nisbətən normal vəziyyətdə qalıb.
Sakinlər kirayə mənzillərə köçərkən öz istəklərinə uyğun olaraq - əşyalı və ya əşyasız evə köçmələri təmin edilib.
Qeyd edək ki, yanğın zamanı 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb./
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru