Yanan binada qalmış jurnalist və azyaşlı övladı xilas edilib

Bakıda yaşayış binasında baş verən yanğında evdə qalan jurnalist Sevinc Fədai, onun azyaşlı övladı və anası xilas edilib.
 
Maide.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilən şəxslər təcili tibbi yardım briqadasına təhvil verilib. 
 
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
 
İlkin məlumata görə, yanğın nəticəsində 10 nəfər ölüb, 43 nəfər xəsarət alıb.

Google+ WhatsApp ok.ru