Yanlış nəfəs almaq xəstəliklərə səbəb olur

Yanlış nəfəs almaq xəstəliklərə səbəb olur

Sağlam bir insan normal şəraitdə gündə 23 min dəfə nəfəs alır.
Doğru nəfəsin sağlamlığa əhəmiyyətli dərəcədə təsiri vardır. Nəfəs alaraq bədənimizə və orqanlarımıza həyatlarını davam etdirə bilmələri üçün ehtiyac duyduqları oksigenin çatmasını təmin edirik. Bunun nəticəsində bədəndən atılması lazım olan tullantı və toksinlərdən xilas oluruq. Tənəffüs etdiyimiz zaman ağciyərlərdən karbon ixrac olur, əvəzinə oksigen daxil olur və bu ən xırda hüceyrələrimizə qədər çatır. Oksigenin keyfiyyəti nə qədər yüksək olarsa, hüceyrələrimiz o qədər sağlam olur.
Kifayət qədər oksigen qəbul etmədiyimizdə, bu vəziyyətdən ən əvvəl beyin təsirlənər. Düşünmə və mühakimə etmə qabiliyyəti zəifləyir. İnsan daha çox aqressiv və depressiyaya meylli olur.
Eşitmə və görmə qabiliyyətində zəifləmə meydana gələ bilər. Hüceyrələrin təzələnməsi oksigenə bağlıdır. Orqanlara kifayət qədər oksigen getmədiyində, hüceyrələr zərər çəkməyə başlayır. İndiki dövrdə ən çox şikayət edilən mövzulardan biri də xroniki yorğunluq sindromudur. Bunun da ən əhəmiyyətli səbəblərindən biri səhv tənəffüsdür. Doğru nəfəs almaq immun sistemini də gücləndirir. Xəstəliklər baxımından da qoruyucu təsirləri vardır. Heç bir problemimiz olmasa belə, ən azından gün ərzində 20 dəqiqə doğru nəfəs almağa çalışmalıyıq.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru