Yanğın baş verən binada zəhərlənənlər var

Yanğın baş verən binada zəhərlənənlər var

Bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, yanğın binadakı elektrik kabellərində tüstülənmədən yaranıb. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bildirib ki, yanan binadan təxliyə edilən 14 nəfərə ilkin tibbi yardım göstərilib. 
 
Tüstüdən zəhərlənən iki nəfər Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib, vəziyyətləri stabildir.
 

Google+ WhatsApp ok.ru