Yanğında həlak olanlardan 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək

Yanğında həlak olanlardan 16 nəfərin meyiti bu gün ailələrinə təhvil veriləcək

-- həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.

Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 16-sının meyiti bugün səhər saatlarında ailə üzvlərinə təhvil veriləcək.
 
Bu, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyində ölən şəxslərin ailə üzvləri ilə birgə meyitlərə baxış zamanı mümkün olub. Aparılan ekspertiza işləri zamanı həmin şəxslərin şəxsiyyəti müəyyənləşdirilib.
 
Qeyd edək ki, martın 2-də, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. 
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.
 
İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.(Report)
 

 

Google+ WhatsApp ok.ru