Yanğında zərər çəkən jurnalistə yardım edildi

Mayın 19-da Binəqədi rayonunda baş verən yanğın zamanı zərərçəkən jurnalist Sevinc Fədaiyə 7500 manat ödənilib.
 
Maide.az xəbər verir ki, bunu modern.az saytına Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. 
 
O bildirib ki, bu gün ev sahibinin və jurnalistin razılığı əsasında belə bir qərara gəlinib: “Mənə bildirdilər ki, jurnalist Sevinc Fədai bu gün öz razılığı ilə 7500 manat alıb”. 
 
Jurnalist Sevinc Fədai sözügedən binada kirayədə yaşayırdı. 

Google+ WhatsApp ok.ru