Yanvar-oktyabr ayları üçün əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manat göstərilir

Yanvar-oktyabr ayları üçün əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manat göstərilir

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 49 milyard 223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi azalmanı tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz düşməsi ilə bağlayır.
 
Rəsmi hesabata əsasən, 10 ayda ÜDM-in 37,6 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turizm və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,4 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.
 
Yanvar-oktyabr ayları üçün əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manat göstərilir. /

Google+ WhatsApp ok.ru