Yanvar-sentyabr aylarında Azərbaycanda yük daşımaları 2 faiz artıb

Yanvar-sentyabr aylarında Azərbaycanda yük daşımaları 2 faiz artıb

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 167 mln. 500 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Hesabat dövründə qeyri-neft yük daşımalarının həcmi 3,8% - 126,9 mln. tona qədər artıb.
 
Yük daşımalarının strukturunda 81,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 18,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,7% artıb.
 
Hesabat dövründə dəmir yolu ilə 10 mln. 526,6 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 6,7% azdır.
 
Cari ilin 9 ayı ərzində dəniz nəqliyyatı ilə 5 mln. 961,6 min ton (artım 48,1%), avtomobil nəqliyyatı ilə 107 mln. 187,5 min ton (artım 2,2%), hava nəqliyyatı ilə 12069 min ton (artım 7,1%) müxtəlif yük daşınıb.
 
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 32 mln. 72,8 min ton neft (azalma 4,2%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 78,7%-i və ya 25 mln. 229,8 min ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2017-ci ilin yanvar-sentyabr aylarında BTC neft kəməri ilə 4 mln. 805,7 min ton tranzit nefti nəql olunub.
 
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. 

Google+ WhatsApp ok.ru