Yanvar-sentyabr aylarında ərzağa nə qədər pul xərclənib?

Yanvar-sentyabr aylarında ərzağa nə qədər pul xərclənib?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 26,2 mlrd. manat olub.
 
Maide.Az bildirir ki, Dövlət Statistika Komitəsindən “Finans.az”a verilən məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 296,3 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,9 manat çox əmtəə alıb.
 
Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,1% üstələyərək 13133,9 mln. manata çatıb. Ticarət dövriyyəsi 13024,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,3% çox olub.
 
Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
 
Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Google+ WhatsApp ok.ru