Yanvarda doğulan körpələrin çoxu oğlandır

Yanvarda doğulan körpələrin çoxu oğlandır

-- Bu ilin ilk ayında 200 əkiz, 18 üçəm doğulub

Bu ilin fevral ayının 1-i vəziyyətinə görə ölkə əhalisinin sayı 9 904 850 nəfərə çatıb. Yanvarda Azərbaycanda əhalinin sayı 6765 nəfər artıb.
 
Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Statistikaya görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.
 
Bu ilin yanvar ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11938 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,4 təşkil edib.
 
Həmin dövrdə doğulan körpələrin 52,9 faizi oğlan, 47,1 faizi isə qızdır. Körpələrdən 200-ü əkiz, 18-i üçəm doğulanlardır.
 
Yanvarda ölkədə 5284 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.
 
Bu ilin birinci ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4329 nikah və 1230 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2, boşanmaların sayı isə 1,5 olub.
 
Bundan başqa, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 210 nəfər Azərbaycana gələn, 99 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 111 nəfər təşkil edib.(meydantv)
 

Google+ WhatsApp ok.ru