Peruda yeni prezident seçildi 11 İyun 2021 10:16 Dünya Solçu radikal “Azad Peru” Partiyasının nümayəndəsi Pedro Kastilyo Peruda keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Maide.az "modern.az"a istinadla xəbər verir ki, bu, ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən dərc edilmiş məlumatlarda öz əksini tapıb. Belə ki, bülletenlərin 99,2%-i hesablanıb. Kastilyoya 8 800 081 (50,198%) seçici, onun rəqibi - “Xalq gücü” Partiyasından namizəd Keyko Fuhimoriyə isə 8 730 535 (49,802%) seçici səs verib. Səsvermə hüququna malik vətəndaşlardan 25%-dən çoxu (6,3 milyon) seçki məntəqələrinə gəlməyib. Seçilmiş prezident vəzifəsinin icrasına iyulun 28-də başlayacaq. Onun səlahiyyət müddəti beş il təşkil edir. Daha əvvəl K.Fuhimori Peruda keçirilmiş prezident seçkilərinin ikinci turunda pozuntuların baş verdiyini bəyan etmişdi. Ötən gün Monqolustanın yeni Prezidentinin adı məlum olub. Teqlər : #Peruda,#yeni,#prezident,#seçildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb Gürcüstanda elektrik stansiyasında qəza baş verib, öklənin bir hissəsi işıqsız qalıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO