Yanvarın 31-də ilin ilk Ay tutulması baş verəcək

Yanvarın 31-də ilin ilk Ay tutulması baş verəcək

-- Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq

Bu ilin ilk Ay tutulması yanvarın 31-də qeydə alınacaq.
 
Maide.Az bildirir ki, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən məlumata görə, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.
 
Bildirilib ki, Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.
 

Google+ WhatsApp ok.ru