YAP-dan 3 rayon açıqlaması

`Vaxtaşırı belə mövzuda müxtəlif məlumatlar daim yayılır`

 Yeni Azərbaycan Partiyası mediada yer alan "Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonları geri qaytarılır" informasiyasına münasibət bildirdi.
 
YAP-dan millət vəkili seçilən Aydın Mirzəzadə vurğuladı ki, bu informasiya sadəcə olaraq bir sayt versiyasıdır.
 
"Vaxtaşırı belə mövzuda müxtəlif məlumatlar daim yayılır. Hesab edirəm ki, bu gün rəsmi opranların yaydığı məlumatlar daha dəqiqdir, yəni danışıqlar gedir, müzakirələr aparılır və Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin həllinə maneçilik törədir. Bundan başqa bir mövqe öz təsdiqini tapmır", - deyə millət vəkili bildirdi.
 
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə "Azərbaycanın Avrasiya İttifaqına daxil olması realdırmı?” sualına “Hesab edirəm ki, yox” cavabını verdi və əlavə etdi ki, Azərbaycan bu gün öz maraqlarını müxtəlif yerlərdən daha yaxşı qoruya bilir. 
 
“Ancaq deyirlər ki, Azərbaycan Avrasiya İttifaqına qəbul ediləcəksə, torpaqlar geri qaytarılacaq” sualını isə millət vəkili belə cabablandırdı: "Ola bilsin ki, bu ictimai rəyi öyrənmək üçün ortaya atılıb. Azərbaycanın gələcəyinin Avrasiya İttifaqında olması ideyasının ortaya atılmasında xaricdən müəyyən qüvvələr maraqlıdır. Azərbaycan öz maraqlarını daha yaxşı qoruyur. Maraqları harada yaxşı qorunursa, Azərbaycan ordadır".

Google+ WhatsApp ok.ru