Yaponiyada 100 yaşını keçmiş 80 mindən çox insan var

Yaponiyada 100 yaşını keçmiş 80 mindən çox insan var

Yaponiyada 100 yaşdan yuxarı insanların sayı ilk dəfə 80 mini keçib.

 
Maide.Az Sputnik-ə istinadən xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi əhalinin qeydiyyatı məlumatlarına əsaslanaraq, ölkədəki 100 yaşdan yuxarı insanların məlumatlarını yeniləyib.
 
Buna görə bir əsri keçən insanların sayı 9176 nəfər artaraq 80450 nəfərə çatıb.
 
Məlumatların 50 ildir artan bir dinamika ilə getdiyi Yaponiyada, qadınlar 88%-lə bu nisbətin böyük əksəriyyətinin təşkil etdiyi qeyd olunub.
 
Yüz yaşından yuxarı olanlar əsasən qərbdəki Şimano əyalətində, sonra sırayla Koçi və Tottori əyalətlərində yaşayırlar.
 
2019-cu ildəki məlumatlara görə, Yaponiyada qadınlarda orta ömür 87,45 il, kişilərdə 81,41 ildir.