Yaponiyada anomal istilər səbəbindən 5 nəfər ölüb, minlərlə insan xəstəxanalara yerləşdirilib

Yaponiyada anomal istilər səbəbindən 5 nəfər ölüb, minlərlə insan xəstəxanalara yerləşdirilib

Yaponiyada anomal istilər 5 nəfərin ölümünə səbəb olub.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin fövqəladə hallar, təcili yardım funksiyalarını həyata keçirən Baş Yanğın İdarəsi xəbər yayıb.

Məlumata görə, son həftə ərzində 5,4 mindən çox insan xəstəxanalara yerləşdirilib.

Dövlət orqanının məlumatına görə, istilərdən daha çox 65 yaşdan yuxarı sakinlər əziyyət çəkir.

Qeyd edək ki, Yaponiyada anomal istilər iyunun ortalarından davam edir. Təkcə iyulda 30 mindən çox insan xəstəxanalara yerləşdirilib.

Havaların isti keçməsi ötən il 100-dən çox insanın ölümünə, 53 min insanın xəstəxanalara yerləşdirilmələrinə səbəb olub.  /

Google+ WhatsApp ok.ru