Yaponiyada anomal istilər nəticəsində 6 nəfər olüb

Yaponiyada anomal istilər nəticəsində 6 nəfər olüb

Yaponiyada son həftə ərzində anomal istilər nəticəsində 6 nəfər olüb.
 
Trend-in məlumatına görə, ölüm faktını Yaponiyanın yanğından mühafizə xidməti nəzdində yaradılmış xüsusi təcili tibbi yardım idarəsi təsdiq edib.
 
Məlumata görə, daha 7,68 min nəfər xəstəxanalara yerləşdirilib. İstidən zərərçəkənlərin əksəriyyətini (49,5%) 65 yaşdan yuxarı insanlar təşkil edir.

Google+ WhatsApp ok.ru