Yaponiyada həftə ərzində isti hava səbəbindən 3 adam həyatını itirib

Yaponiyada həftə ərzində isti hava səbəbindən 3 adam həyatını itirib

-- 2722 nəfər xəstəxanaya göndərilib

İyulun 2-dən 8-dək bir həftə ərzində istilikdən üç nəfər həyatını itirib, 2722 nəfər xəstəxanaya göndərilib. Bu haqda məlumatı Yaponiyanın yanğınsöndürmə və təcili tibbi yardım xidməti verib.
 
Maide.Az "trend"-ə istinadən xəbər verir ki, əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayı bir qədər azalıb. Bu, ölkənin əksər ərazisində leysan yağışlarının yağması səbəbindən ola bilər.
 
Ancaq indi ölkədə yenidən isti hava şəraiti müşahidə olunur. İsti hava yüksək rütubətlə birlikdə yenidən günvurmadan xəsarət alan insanların artmasına səbəb ola bilər.
 
Qeyd edək ki, Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara  75 min nəfər cəlb edilib.
 
Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından “Prapirun” qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.
 
Daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.

 

Google+ WhatsApp ok.ru