Yaponiyada leysan yağışları: 15 ölü, 50 itkin -VİDEO

Yaponiyada leysan yağışları: 15 ölü, 50 itkin -VİDEO

-- 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub

Yaponiyada tüğyan edən güclü leysan yağışlar və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 15 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
 
Son məlumatlara əsasən, artıq 50-dən çox insan itkin düşmüş hesab olunur.
 
Təbii fəlakət bölgəsində xilasedici əməliyyatlar davam etdirilir.
 
Ölkənin  bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.
 
 

Google+ WhatsApp ok.ru