Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqlayıb

Yaponiyada naməlum şəxs 19 nəfəri bıçaqlayıb

Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla avtobus gözləyən inlara hücum edib.
 
Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan biri uşaq olmaqla 3-ü kliniki ölüm vəziyyətindədir.
 
Bildirilir ki, yaralananların əksəriyyəti uşaqlardır.
 
Hücum edən şəxs ölüb.Özünə bıçaq zərbəsi endirən silahlı kliniki ölüm vəziyyətində olub və özünə gəlmədən ölüb.
 
 

Google+ WhatsApp ok.ru