Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər 23 Noyabr 2017 02:00 Dünya -- Səbəb intihar? Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yaxın vaxtlarda qrip əleyhinə dərmanların qadağan edilməsi barədə qərar qəbul etməyə hazırlaşır. Trend-in məlumatına görə, nazirlik belə bir qərarın verilməsini vacib sayır. Buna səbəb isə son dövrlər qrip əleyhinə həblər atmış xəstələr, xüsusilə uşaqların davranışlarında yaranan qəribəliklərdir. Belə ki, ötən il nazirlik tərəfindən qeydə alınan 54 fakt məlumdur ki, qrip əleyhinə dərmanlar qəbul etmiş xüsusən uşaqlar və yeniyetmələr qəfil həyəcanlanb qaçmağa başlayıblar, pəncərədən tullanmağa cəhd ediblər. Qeyd edək ki, daha öncə "Tamiflu" adlı dərmanla bağlı belə risklərin olması barədə xəbərlər yayılmışdı. Həmin dərmanın Yaponiyada uşaq və yeniyetmələrə istifadəsi məqbul sayılmır. Teqlər : #Yaponiyada qrip əleyhinə dərmanlar qadağan edilə bilər , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: İŞİD Suriya və İraqda nəzarət etdiyi ərazilərin 95 faizini itirib AlQuriyah kəndi İŞİD-in işğalından azad edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO