Yaponiyada rekord temperatur qeydə alındı: “Sərt qış” iddiası...

Yaponiyada rekord temperatur qeydə alındı: “Sərt qış” iddiası...

Yaponiyada qışın əvvəli üçün qeyri-ənənəvi temperatur göstəricisi qeydə alınıb.
 
Maide.Az "Axar.az" istinadla xəbər verir ki, Tokioda dekabrın ilk günü adətən +10 dərəcə ilə xarakterizə olunduğu halda, ölkə üzrə hava əsasən +25 dərəcə civarında dəyişib. Oitanın cənub prefekturasında isə havanın hərarəti hətta 26,5 dərəcəyə qalxıb.
 
Bu gün də Tokioda hava çox isti olması ilə diqqət şəkib. Qışın ilk günlərində 22 dərəcə isti insanları hətta köynəkdə gəzməyə məcbur edir.
 
Meteroloqlar isə hava şəraitinin gözlənilmədən dəyişə biləcəyi barədə xəbərdarlıq ediblər.
 
Qeyd edək ki, bu il Azərbaycanda da havalar əvvəlki illərlə müqayisədə daha mülayim keçir. Buna baxmayaraq, tanınmış ekoloq Telman Zeynalov qışın sərt keçəcəyi barədə artıq uzun müddətdir ki, mövqeyini təkrarlayır.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva qışın sərt keçəcəyi ilə bağlı hər hansı ehtimal olmadığını, əksinə, Avropa ortamüddətli proqnozlar mərkəzinin apardığı nəticələrə əsasən, regionda bu qış fəslində havanın temperaturunun iqlim norma göstəricilərdən 0,5-1 dərəcə yuxarı olacağını bildirib.
 

 

Google+ WhatsApp ok.ru