Yaponiyada tuneldə baş verən yanğın 80 qatar reysinin ləğvinə səbəb olub

Yaponiyanın şimalında Hokkaydo adasında tuneldə baş verən yanğın 80-dən çox qatar reysinin ləğvinə səbəb olub.
 
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, yanğın yerli vaxtla saat 05:00 radələrində müşahidə olunub.
 
Hadisənin elektrik xəttində yaranmış qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.
 
Alovun söndürülməsi artıq yeddi saatdan çoxdur ki, davam edir. Hadisə nəticəsində xəsarət alan olmayıb./
 

Google+ WhatsApp ok.ru