Yaponiyada vulkan püskürdü, 140 min əhali evaukasiya edilməyi gözləyir

Yaponiyanın Kuçinoerabu Adasında Şindake vulkanı aktivləşib.
 
Maide.az xəbər verir ki, 1421 metr hündürlükdəki dağda aktivləşən vulkan havaya kül və taş püskürür.
 
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, hadisə ilə bağlı bölgədə ən yüksək – 5-ci dərəcəli həyəcan siqanlı verilib.
 
Hazırda 140 min əhalinin ərazidən evakuasiya edilməsi üçün bölgəyə gəmilər göndərilir.
 
Qeyd edək ki, Sakit Okean seysmik zolağında yerləşən Yaponiyada 118 aktiv vulkan var. Sentyabr ayında paytaxt Tokionun qərbində yer alan Ontake vulkanının püskürməsi nətcəsində 57 nəfər dünyasını dəyişmişdi./

Google+ WhatsApp ok.ru