Yaponiyada zəlzələ qurbanlarının sayı 9-a çatıb-VIDEO

Aprelin 14-də Yaponiyanın cənubunda güclü zəlzələ baş verib, azı 9 nəfər həlak olub. Zəlzələdən yanğınlar törənib, yüzlərlə adam xəsarət alıb. Xilasedicilər bütün gecəni dağıntılar altında qalanları axtarıblar.
 
Maide.az xəbər verir ki, 6 bal gücündəki zəlzələ bəzi binaları dağıdıb. Enerji zavodlarında problem olmadığı bildirilir.
 
NHK televiziyası sunami xəbərdarlığının olmadığını söyləyib. Televiziya azı 400 nəfərin xəstəxanalarda müalicə aldığını əlavə edib.
 
Ölü sayının artacağı gözlənilir. .
 
Kyuşu adasında zəlzələ nəticəsində on minlərlə insan evini tərk edib.

Google+ WhatsApp ok.ru