Yaponiya Hirosima qurbanlarının xatirəsini yad edir

Yaponiya Hirosima qurbanlarının xatirəsini yad edir

-- 73 il əvvəl baş vermiş faicədə təxminən yüz qırx min insan həlak olub

Bu gün Yaponiyada ABŞ-ın törətdiyi Hirosima cinayəti ilə əlaqədar xatirə tədbirləri keçirilir. 73 il əvvəl baş verən hadisə nəticəsində təxminən yüz qırx min insan həlak olub. Bu gün şəhərə bomba atılan vaxtda minlərlə insan hadisə qurbanlarının xatirəsini yad etmək üçün şəhər parkında xatirə zənglərinin altında toplaşacaqlar. Ənənəyə uyğun olaraq şəhər merinin açdığı matəm mərasimində Yaponiya hökuməti ilə yanaşı, Rusiya da daxil olmaqla, 56 ölkədən olan nümayəndə iştirak edəcək. 
 
Xatırladaq ki, Hirosimanın bombardman olunması İkinci Dünya Müharibəsi ərəfəsində ABŞ-ın Silahlı qüvvələri tərəfindən həyata keçirilib.
 
1945-ci il avqustın 6-da, səhər saatlarında Amerikaya məxsus B-29 ”Enola Gay” bombardmançı təyyarəsi Yaponiyanın Hirosima şəhərinə “Little boy” atom bombası atıb. Bu hadisədən üç gün sonra isə Çarlz Suinin adlı pilotun idarə etdiyi təyyarə Naqasaki şəhərinə “Fat Man” bombasını atıb.
 
Hesab olunur ki, hadisə nəticəsində Hirosimaya atılan atomlardan və onun törətdiyi fəsadlar nəticəsində 140 min insan həlak olub. Analoji hadisə nəticəsində Naqasakidə ölənlərin sayı 74 min təşkil edib. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru