Yaponiya höküməti tam tərkibdə istefaya gedib 02 Oktyabr 2018 01:00 Dünya Yaponiya höküməti tam tərkibdə istefaya gedib. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, buna səbəb ölkənin baş naziri Şinzo Abenin yeni Nazirlər Kabineti formalaşdırmasıdır. Gözlənilir ki, Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda məlum olacaq. Hökümətin tam tərkibdə istefaya getməsi dəyişikliklərin edilməsi üçün lazım olan prosedurdur. İstefaya gedən nazirlər yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələri icra edəcəklər. Gözlənilir ki, baş nazir bir sıra mühüm naziri, həmçinin XİN rəhbəri Taro Kono, baş nazirin müavini, maliyyə naziri Taro Aso və nazirlər kabinetinin baş katibi Yösixide Suqunu yeni Nazirlər Kabinetində saxlayacaq. Eyni zamanda Abe müdafiə naziri İtsunori Onoderunu əvəz etməyi planlaşdırır. Onun yerini aşağı palatanın deputatı Takesi İvaya tutacaq. Teqlər : #Yaponiya höküməti tam tərkibdə istefaya gedib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livan prezidenti: “Qərb qaçqın böhranını siyasiləşdirir” Fransa polisi `Zəhra (s) Mərkəzində` əməliyyat keçirdi - 11 nəfər saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO