Yaponiya kommersiya məqsədi ilə balina ovunu bərpa edir

Yaponiya kommersiya məqsədi ilə balina ovunu bərpa edir

Yaponiya hökuməti kit (balina) ovunu yenidən bərpa etmək üçün Beynəlxalq Balina Ovçuluğu Komissiyasının tərkibindən çıxmaq qərarına gəlib. Müvafiq qərar çərşənbə axşamı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Kyodo" nəşri məlumat yayıb.
 
Tokio yanvar ayının 1-dək komissiyanı bu barədə məlumatlandırmalıdır və belə olan təqdirdə Yaponiya 30 iyun 2019-cu il tarixində komissiyanı rəsmi olaraq tərk edəcək.
 
Bildirilir ki, Yaponiya region ölkələri ilə yarana biləcək münaqişədən yayınmaq üçün ovu Antarktida sularında etməyəcək, onları öz eksklüziv iqtisadi zonasına aparacaq.
 
Hazırda Antarktidada ixtisaslaşdırılmış beş gəmidən ibarət Yaponiya donanması var və onlar 330-dan çox balina ovlamaq niyyətindədirlər.
 

Google+ WhatsApp ok.ru