Yaponiya ölkəni tərk edən turistlər üçün vergi tətbiq edəcək 07 Yanvar 2019 09:08 Dünya Yanvarın 7-dən başlayaraq Yaponiyanı həm dəniz, həm də hava yolu ilə tərk etmək istəyən hər bir sərnişindən 1000 yen (təqribən 10 dollar) vergi alınacaq. Maide.Az "Azərtac"a istinadla xəbər verir ki, bu qanun bütün ölkələrin vətəndaşlarına tətbiq olunacaq. Yaponiya hökumətinin hesablamalarına görə, 2020-ci ildə bu gündoğar ölkəni 40 milyon turist ziyarət edəcək ki, bu da hələlik ödənişsiz viza verən dövlətə böyük gəlir gətirə bilər. Ölkəni tərk etmək üçün vergidən yalnız gəmi və təyyarələrin heyəti, deportasiya edilən və iki yaşa qədər sərnişinlər, o cümlədən tranzit sərnişinlər, diplomatlar, xüsusi hökumət reyslərinin, həmçinin Yaponiya limanlarına hava şəraitinə görə məcburi eniş və ya giriş edən təyyarə və gəmilərin sərnişinləri azad ediləcəklər. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni verginin məqsədi qabaqcıl turizm ölkəsi kimi Yaponiyanın müvafiq infrastruktur ehtiyatlarının genişləndirilməsi və möhkəmləndirilməsidir. Teqlər : #Yaponiya,#ölkəni,#tərk,#edən,#turistlər,#üçün,#vergi,#tətbiq,#edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada “Bizim övladlarımız və texnologiya” mövzusunda beynəlxalq yazı müsabiqəsi keçiriləcək Orta Şərqin ən böyük kilsəsi və məscidi Misirdə - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO