Yaponiyanın hazırladığı səyyar məscidə 45 ölkədən sifariş gəldi

Yaponiyanın hazırladığı səyyar məscidə 45 ölkədən sifariş gəldi

Yaponiyada 2020-ci il Tokio Olimpiyasına müsəlman idmançılar üçün istehsal edilən səyyar məscidlə bağlı 45 ölkədən sifariş gəlib.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, Tokionun 40 kilometr cənubunda Çiba şəhərində təqdimatı keçirilən səyyar məscid, uzaqdan pultla işləyən mexanizmi sayəsində yan divarları açılır və 45 kvadratmetrlik, 50 nəfərlik tutuma malik bir məscidə çevrilir.
 
İlk baxışda adi bir yük avtomobili kimi dayanan səyyar məscidin kənarında isə, eyni anda 4 nəfərin dəstəmaz ala biləcəyi su kranı və tualeti var.
 
Səyyar məscidin hərəkət vəziyyətdə uzunluğu 12 metr, eni isə 2.5 metrdir.
 
Məscid təxminən 890 min dollara başa gəlir.
 
Məsciddə namaz qılmağa gələn və Yomiuri qəzetinə açıqlama verən Sanda Salim adlı Pakistan vətəndaşı belə danışıb: “O vaxtlar müsəlmanlar üçün namaz qılacaq çox az yer var idi və namazı da kimsənin diqqətini çəkmədən qılmalı idik”.

Google+ WhatsApp ok.ru