Yaponiyanın iqtidar partiyasının yeni sədri seçilib

Yaponiyanın iqtidar partiyasının yeni sədri seçilib

Yaponiyanın iqtidar partiyasının yeni sədri seçilib.
 
APA-nın "Kyodo" agentliyinə istinadən verdiyi xəbərə görə, Yoşihide Suqa hakim Liberal Demokrat Partiyasının (LDP) yeni sədri seçilib. 
Parlamentin hər iki palatasında təmsil olunan LDP millət vəkillərinin səsverməsində 71 yaşlı Yoşihide Suqa, iki rəqibi - keçmiş Müdafiə naziri Şigeru İşiba və keçmiş Xarici İşlər naziri Fumio Kişida üzərində qələbə qazanıb. Suqa 377, Kişida 89, İşiba isə 68 səs qazanıb.
 
Qeyd edək ki, Baş nazir və hakim partiyanın yeni sədri Şinzo Abe keçən ay səhhətindəki problemə görə istefasını bəyan etdikdən sonra LDP fraksiyalarının əksəriyyəti Yoşihide Suqaya dəstək verəcəyini bəyan etmişdi.
 
İndi parlamentin hər iki palatasının 16 sentyabrda keçiriləcək iclasında onun yeni baş nazir olaraq təsdiqlənməsi gözlənilir.
 

Google+ WhatsApp ok.ru