Yaponiyanın müharibəyə və zəlzələyə davam gətirən ilk məscidi - FOTO

Yaponiyanın müharibəyə və zəlzələyə davam gətirən ilk məscidi - FOTO

 

"Kobe Mosque"nin xəbərinə görə, Şərqi Asiyanın ən qədim məscidlərindən biri  Yaponiyanın Kobe şəhərində yerləşir.
 
Maide.Az xəbər verir ki, məscidin təməli 1928-ci ildə Kobe İslam Komitəsinin maliyyə dəstəyi ilə qoyulub və 1935-ci ildə açılıb. Məscidin layihəsi keçmiş Çexoslovak memarı Jan Josef Ovaqr tərəfindən hazırlanıb. İkinci Dünya müharibəsi və şəhərlərinin bombalanması zamanı məscidin dayanıqlığı və zirzəmisinə görə ictimaiyyət üçün etibarlı yer hesab edilib.
 
Məscid 1943-cü ildə Yaponiya İmperiyası donanması tərəfindən müsadirə edilib. Ancaq məscid İkinci Dünya müharibəsindən sonra fəaliyyətini davam etdirib. İkinci Dünya müharibəsindən əlavə, məscid 1995-ci ildə baş verən böyük zəlzələdən də zərər çəkmədən çıxıb. Bu məscid bir çox qərb üslublu köhnə tikililəri olan Kobenin məşhur turizm bölgələrindən birində yerləşir.

 

Google+ WhatsApp ok.ru