Yapon xalqı Olimpiadanın təxirə salınmasına sevindilər

Yapon xalqı Olimpiadanın təxirə salınmasına sevindilər

 
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Oyunlarını 2021-ci ilə təxirə salması qərarı Yaponiya sakinləri arasında sevinclə qarşılanıb.
 
Olimpiada Tokioda 24 iyuldan 9 avqusta qədər keçirilməli idi, ancaq koronavirus pandemiyası səbəbiylə 2021-ci ilin yayına təxirə salındı.
 
Yaponiyada "Kyodo" agentliyi sakinlər arasında sosioloji sorğu keçirib.
 
Maide.Az TASS agentliyinə istinadla xəbər verir ki, yaponların 78,7% -i olimpiadanın bir illik təxirə salınmasına dair qərarı düzgün hesab edib. Rəyi soruşulanların 11% -i Oyunların iki il təxirə salınmasını istəyirlər.
 
Oyunların 2021-ci ilin yayına təxirə salınması qərarı, BOK prezidenti Tomas Baha Yaponiyanın Baş naziri Şinzo Abe və "Tokio 2020"nin Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori arasında 24 mart tarixində aparılan danışıq zamanı qəbul edilib. Həmçinin yay Paralimpiya Oyunları da bir il təxirə salınıb.
 

Google+ WhatsApp ok.ru