Yaralı İsrail əsgərlərinə əlil arabası tapılmır

Maide.az-ın məlumatına görə, İsrailin "Maariv" qəzeti bugünkü sayında "Yad Sarah" təşkilatının işğalçı rejimin hava yolu şirkəti olan "El Al" ilə birlikdə İsrailə təcili olaraq 1000 ədəd əlil arabası gətirdiklərini yazıb.
 
Qəzetin verdiyi məlumata görə, Qəzzə müharibəsində artan yaralıların xəstəxanalarda əlil arabalarına ehtiyacı olmaları və yaşlıların da hücumlarda sığınacaqlara sürətli şəkildə çatmalarını təmin etmək üçün belə bir ehtiyac yarandığını, ehtiyacın isə "Yad Sarah" təşkilatı ilə hava yolu şirkəti tərəfindən təmin edildiyi bildirilir.
 
Digər tərəfdən mövzuyla əlaqədar açıqlama verən "Uri Lupolianski" təşkilatının başçısı isə Qəzza müharibəsinə görə, xüsusilə cənub bölgəsində belə arabalara və tibbi ləvazimatlara ehtiyac duyulduğunu deyərək, dostlarının bunun üçün Amerikaya gedib çoxlu sayda araba gətirdiklərini söyləyib. 

Google+ WhatsApp ok.ru