Yardımlı yolu çökdü

Cəlilabad -Yardımlı avtomobil yolunda bir müddət əvvəl baş vermiş torpaq sürüşməsi ən təhlükəli həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, yolun Pərdi kəndinən keçən hisəsi 70 metr uzunluğunda çöküb. Yolun yatağında aktivlik artdıqca asfalt qatının dağılması da hər gün davam edir.

Nəqliyyat vastələrinin hərkətlərinin təmin olunması üçün ərazidə çəkilmiş aternativ yol da tədricən sürüşmənin təsirinə məruz qalıb. Sürücülərin sözlərinə görə cüzi yağıntının düşməsi buradaki torpaq sürüşməsinin əhatəsini böyüdəcək. Bu da 30-dan çox kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb ola bilər.

 

 

 

 

Google+ WhatsApp ok.ru