Yarmarkalar üçün xüsusi məkan yaradılacaq

Yarmarkalar üçün xüsusi məkan yaradılacaq

Mütamadi yarmarkaların təşkili üçün xüsusi məkan yaradılacaq.
 
Maide.Az bildirir ki, "Finans.az"ın məlumatına görə bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkətinin rəhbəri Leyla Məmmədova deyib.
 
L. Məmmədova yarmarkalardakı qiymətlərin bazarlarla eyni olması ilə bağlı məsələyə də aydınlıq gətirib: "Yarmarkaların məqsədi odur ki, fermerlər öz məhsullarının satışını həyata keçirə bilsin. Bazar və yarmarkalardakı qiymətlərin eyni olması ilə bağlı problem də öz həllini tapılacaq ".
 
O həmçinin vurğulayıb ki, oktyabrda açılacaq mağazanın onlayn saytı və mobil əlavəsi təqdim ediləcək: “İlin sonuna qədər mağazaların sayının artırılması nəzərdə tutulur. Böyük mağaza Nizami 92 ünvanında yerləşəcək. Eyni zamanda, Bakı və Bakı şəhər ətrafında kiçik mağazaların açılışı nəzərdə tutulur”.
 

Google+ WhatsApp ok.ru