Yarımfinalçılar bəlli oldu

Mayın 15-da Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti 1/4 final oyunları keçirilib.
 
8-ci km qəsəbə stadionunda baş tutan iki görüşdən sonra növbəti yarımfinalçıların adlarına aydınlıq gəlib.
 
Əvvəlcə meydana İspaniya və İngiltərə milliləri çıxıblar. D qrupunu lider kimi başa vuran pirineylilər C qrupunun ikincisini minimal hesabla keçiblər. İspaniya 1, İngiltərə-0.
 
Günün ikinci oyununda İsveç Hollandiya ilə qarşılaşıb. Bu oyunu isə 1:0 hesabı ilə Hollandiya komandası udub.
 
Mayın 14-də keçirilən 1/4 final oyunlarında isə Portuqaliya Avstriyanı 5:0, Almaniya isə Belçika komandasını 1:0 hesabı ilə məğlub etmişdi.
 
Bununla da Portuqaliya, Almaniya, Hollandiya və İspaniya komandaları yarımfinala vəsiqə qazanıblar.
 
Mayın 18-də Portuqaliya Hollandiya, Almaniya isə İspaniya komandası ilə qarşılaşacaq.
 
Yarışlarda 16 komanda iştirak edirdi. Çempionata Portuqaliya komandasına 0:5 hesablı məğlubiyyətlə başlayan Azərbaycan komandası qrup mərhələsini adlaya bilməyib. Qrupdakı digər iki oyunda Azərbaycan Şotlandiyanı 1:0 hesabı ilə məğlub etsə də, Belçika komandası ilə isə xalları bölüşdürmüşdü. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Azərbaycan qrupda 4 xal toplamışdı.
 
Final qarşılaşması mayın 21-də keçiriləcək.

Google+ WhatsApp ok.ru